14.03.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 13.03.2023-cü il tarixində “Azərbaycanın zəngin təbiəti ” başlığı altında Gəncə şəhər 26 nömrəli Fizika -Riyaziyyat -Infotmatika təmayüllü məktəb- liseydə kitab sərgisi təşkil etdi. Tədbiri açan oxu zalının mudiri Əfsanə Bağırova bildirdi ki, vətənimizin zəngin təbiəti xalqımızın sərvətidir. Ona görə də vətənin təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına can yandırmaq hər bir Azərbaycan vətəndaşının övladlıq borcudur, daha sonra sərgilənən kitablar haqqında şagirdlərə geniş məlumat verdi .Tədbirdə iştirak edən uşaq birliyinin rəhbəri Aytəkin Nəzərova kitabxana işçilərinə sərginin təşkili üçün öz minnətdarlığını bildirərək vurğuladıki sərgi şagirdlərin maraq dairəsində olduğunu ve belə tədbirlərin təşkilinin onların təbiəti daha da, sevməsində onu qorumaq maraqlarının daha da artmasında böyük rol oynayır. Sonda məktəblilər mövzu ilə əlaqədar olaraq sərgilənən 50-dən çox kitabla tanış oldular və onların fikirləri dinlənildi.